Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Vergilər Nazirliyinin Elektron imza üzrə Sertifikat Xidmətləri Mərkəzinin təqdimatı olmuşdur VIDEO

Bakı, 2 may (AZƏRTAC). Mayın 2-də Bakıda Vergilər, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə “ASAN imza - mobil hökumətin açarıdır” mövzusunda konfrans keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, konfrans Vergilər Nazirliyinin elektron imza üzrə Sertifikat Xidmətləri Mərkəzinin təqdimatına həsr olunmuşdur. Konfransın əsas məqsədi vergi sistemində ASAN imzaya sahib olmağın prosedur qaydaları, onun üstünlükləri və gələcəkdə vətəndaşların elektron hökumətin xidmətlərindən istifadəsini müzakirə etmək və ictimaiyyətin diqqətinə çatdırmaq olmuşdur.

Tədbiri açan vergilər naziri Fazil Məmmədov son illər əldə olunan yüksək sosial-iqtisadi nəticələrə idarəetmə və xidmət sektorlarında mütərəqqi informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə nail olunduğunu bildirmişdir.

Onun sözlərinə görə, vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin spektrinin daim genişləndirilməsi, vergi ödəyiciləri ilə canlı əlaqə formalarının məhdudlaşdırılması, vergi orqanları ilə ödəyicilər arasında münasibətlərin daha da sadələşdirilməsi və digər məsələlər Vergilər Nazirliyinin qarşısında duran prioritet məsələlərdəndir. Bu sahədə daim yeni layihələr həyata keçirilir.

Nazir qeyd etmişdir ki, Vergilər Nazirliyi tərəfindən digər elektron xidmətlərin həyata keçirilməsi, həmçinin mobil qurğular vasitəsilə təqdim olunması da nəzərdə tutulur. Bəzi xidmətlərdən istifadə isə yalnız elektron formada mümkündür və onların icra prosesində göndərilən və qəbul olunan sənədlərin onlayn rejimində məhdud zaman ərzində elektron imzalanması tələb olunur.

F.Məmmədov vurğulamışdır ki, bu sahədə mövcud olan və gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması məqsədi ilə Vergilər Nazirliyinin nəzdində AVİS ilə sıx inteqrasiya olunmaqla bütün mövcud kompyuter əməliyyat sistemlərini və mobil qurğuları dəstəkləyən Elektron imza Sertifikat Xidmətləri Mərkəzi yaradılmışdır. Mərkəz Avropa standartlarının tələblərinə uyğun hazırlandığına görə elektron imzaların Avropa ölkələri ilə qarşılıqlı tanınması mümkün olacaqdır. Bu da Azərbaycan vətəndaşlarının digər ölkə vətəndaşları ilə birgə şirkət qurmalarına və müqavilələrin elektron formada internet üzəridən imzalanmasına şərait yaradacaqdır. Ölkəmizdə İnternet/mobil bankçılığın inkişafına böyük təkan verməklə nağdsız hesablaşmaların genişlənməsinə səbəb olacaqdır.

F.Məmmədov bildirmişdir ki, bu mərkəzi Fransa, İsveç, Finlandiya, Estoniya, Azərbaycan şirkətlərinin iştirak etdiyi Beynəlxalq konsorsium tərəfindən yaradılan Mobil imza (Asan imza) mərkəzi ilə inteqrasiya layihəsini elektron hökumətdən mobil hökumətə keçidin əsası kimi qiymətləndirmək olar.

Tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirmişdir ki, Azərbaycanda Elektron imza üzrə Sertifikat Xidmətləri Mərkəzinin işə salınması və onun yeni xidmətlər göstərməsi elektron xidmətlərin genişlənməsinə və onların təhlükəsizliyinə inamı artıracaqdır. Nazir yeni layihənin fəaliyyətə başlaması münasibətilə təbriklərini konfrans iştirakçılarına çatdırmışdır.

“Azərbaycanın elektron Avropaya inteqrasiya olunması” mövzusunda çıxış edən Avropa Parlamentinin üzvü Kristina Oyuland layihənin əhəmiyyətini vurğulayaraq bildirmişdir ki, belə uğurlu addımlar Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin daha da dərinləşdirilməsinə xidmət edir.

Tədbirdə “Vergilər Nazirliyinin Sertifikat Xidmətləri Mərkəzi - yeni mobil xidmət imkanları” mövzusunda təqdimat keçirilmişdir.

Yeni mərkəz ənənəvi elektron imzadan daha geniş imkanlara malik olan elektron və mobil imza təqdim edəcəkdir. Elektron imza indiyədək verilənlərdən fərqli olaraq, bütün əməliyyat sistemlərində işləyəcəkdir.

Mobil imzanın istifadəsi zamanı isə əlavə kart oxuyan cihaza ehtiyac qalmayacaqdır. Bu xidməti əldə etmək üçün istifadəçilər telefonlarındakı sim-kartı yeni sim-kartla əvəz etməli olacaqlar. Yeni sim-karta mobil imza proqramı yüklənmişdir və bu kartları bütün mobil operatorlardan, eləcə də ASAN xidmət mərkəzlərindən almaq mümkündür.

Mobil imzada tətbiq edilən təhlükəsizlik sistemləri ən son tələblərə cavab verir. Ona görə də, yeni imzanın köməyi ilə vətəndaşlar və sahibkarlar beynəlxalq maliyyə bank əməliyyatlarını da həyata keçirə, o cümlədən birgə müəssisə təsis edə, mühüm sənədlər imzalaya biləcəklər.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov “Elektron xidmətlərin inkişafında Asan imzanın rolu” mövzusunda çıxış etmişdir. Bildirilmişdir ki, yay aylarınadək Bakının bütün əhalisi “ASAN xidmət” mərkəzlərinin xidmətlərindən bəhrələnəcəkdir. 1 saylı “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayandan bu günədək 70 minə yaxın vətəndaşa xidmət göstərmişdir. Bu il bölgələrdə də “ASAN xidmət” mərkəzlərinin açılması nəzərdə tutulur.

“Asan imza (Mobil imza) Azərbaycan sahibkarına nə vəd edir” mövzusunda çıxış edən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Azərbaycanda sahibkarlığın inkişafından, əlverişli biznes mühitinin yaradılmasından danışmış, yeni layihənin sahibkarlar üçün olduqca önəmli olduğunu demişdir. Bildirilmişdir ki, Asan imza sayəsində sahibkarlar vergi bəyannamələrini, hesabatları və digər sənədləri Vergilər Nazirliyinə asanlıqla, vaxt itirmədən təqdim edə biləcəklər.

Konfransda “Elektron bankçılıq: mövcud vəziyyət və inkişaf perspektivləri”, “Asan imza Azərbaycanda mobil hökumətin həlli yoludur” və digər mövzularda çıxışlar olmuş, fikir mübadiləsi aparılmışdır.

Vergilər Nazirliyinin Elektron imza üzrə Sertifikat Xidmətləri Mərkəzinin təqdimatı olmuşdur VIDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ümummilli Lider Heydər Əliyevin ideyaları daim yaşayacaq

Mədəniyyət Nazirliyinin kollektivi Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini ehtiramla anıb

Müdafiə Sənayesi Nazirliyinin kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub YENİLƏNƏCƏK

AZAL-ın kollektivi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edib

Şərqşünas alim Ankarada keçirilən simpoziumda məruzə edib

Ankaradakı Heydər Əliyev adına məktəbdə Ulu Öndərin xatirəsinə konsert proqramı təşkil olunub

Fidan Hacıyeva: İkinci Beynəlxalq Opera Festivalı da olacaq!

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar YENİLƏNƏCƏK

Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanışlıq YENİLƏNƏCƏK

Bərdə rayon sakinini öldürməyə cəhd faktı ilə bağlı cinayət işi başlanılıb

Qazaxıstan və Niderland arasında doqquz kommersiya sazişi imzalanıb

BP-də çalışan azərbaycanlı işçilərin sayı artıb

Pekində Ulu Öndərin fikirləri əsasında hazırlanmış “Xalq öz dili ilə yaranır” adlı Azərbaycan dili dərsliyinin təqdimatı olub

ƏƏSMN-in kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla anıb

Ukrayna ordusuna 20 minədək məhbus səfərbər edilə bilər

“Böyük Dəbilqə”: Azərbaycanın 4 cüdoçusu medal görüşünə çıxacaq

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

BƏƏ mediası Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş məqalə dərc edib

“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlanıb

Sabunçu rayonunda aşkarlanan narkoplantasiyada 1500 ədəd çətənə kolu götürülüb VİDEO

Müstəqilliyimizi əbədi və dönməz edən Ulu Öndər

MEK Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş sərgi təqdim edir

Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə paylaşım edib

Ukrayna F-16 qırıcısı üçün ilk uçuş simulyatorunu alıb

Türk dillərinin qrammatikası üzrə əməkdaşlıq haqqında protokol imzalanıb

Azərbaycanda COP29-a töhfə vermək məqsədilə genişmiqyaslı ağacəkmə aksiyası və fləş-mob keçirilib

Budapeşt və Pekin beynəlxalq mübahisələrin sülh yolu ilə həllinin tərəfdarıdır

Maşın təlimi alqoritmlərinin müqayisəli təhlili aparılıb

ÇXR XİN: Bayden Çin mallarına yeni rüsumlar planlaşdırmaqla Trampın səhvini təkrarlayır

Dendrologiya İnstitutu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində seminar keçirib

Milli Məclisin kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Akademik İsa Həbibbəyli Türk Dil Qurumunun rəhbəri professor Osman Mert ilə görüşüb

Səfir: Hazırda türk birliyinə gedən yolda əmin addımlarla irəliləyirik

Məzahir Pənahov: Parlament seçkiləri ilə bağlı fəaliyyətimizi artıq həyata keçiririk

İlin ən yaxşı baş məşqçisi, futbolçusu və komandası adına namizədlər açıqlanıb

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək

Ulu Öndər Heydər Əliyevin unudulmaz xatirəsi AzMİU-da anılıb

Baş Prokurorluq Mehman Xəlilovun təqsirləndirildiyi cinayət işi üzrə mediada yayılan məlumatlara münasibət bildirib

XRİTDX Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünü qeyd edib

Ceyhun Bayramov: COP29 əməkdaşlıq üçün yeni platformadır

Nigeriyada naməlum silahlılar tələbələri girov götürüblər

DİN-in əməkdaşları Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini böyük ehtiramla anıblar

ETSN-in mətbuat katibi: Sabahdan “Təmiz ölkəm” şüarı ilə maarifləndirici təmizlik aksiyalarına başlanılır

BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə xərcləri azalıb

Şotlandiyanın yeni birinci naziri: Beş il ərzində Şotlandiya müstəqil ola bilər

Cənubi Qafqaz Boru Kəmərinə bu il çəkilən xərclərin həcmi açıqlanıb

Bakıda qızıl medal qazanan koreyalı atıcı yeni dünya rekorduna imza atıb

Andrey Kovalenko: Rusiyanın Ukraynanın Xarkov şəhərinə hücumu üçün resursları yetərli deyil

QDİƏT PA Baş Assambleyasının 63-cü plenar iclası Tirana şəhərində keçiriləcək

Səngəçal terminalından ixrac edilən neft və kondensatın hamısı BTC vasitəsilə nəql edilib

Cahit Bağcı: Türk şirkətləri Qarabağda aparılan bərpa-quruculuq işlərində fəal iştirak edirlər VİDEO

Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub, birinci tunelin açılışında iştirak edib YENİLƏNƏCƏK

Kino Agentliyinin Apellyasiya Komissiyası film layihələri ilə bağlı yekun nəticələri elan edib

Prezident İlham Əliyev Füzuli rayonunda Köndələnçay su anbarları kompleksinin təmir-bərpadan sonra açılışında iştirak edib YENİLƏNƏCƏK

Naxçıvanda “Bookfest” festivalında 900 çeşiddə 70 minə yaxın kitab və digər nümunələr sərgilənir

Britaniya gəmisi Ədən körfəzində hücuma məruz qalıb

BTC vasitəsilə 568 milyon ton xam neft nəql edilib

Arif Əsədov: “Şamaxı”nın Premyer Liqaya vəsiqə qazanmaması uğursuzluq olar

Britaniya iqtisadiyyatında geriləmə dayanıb

Tbilisidə və Rustavidə xalqımızın Ümummilli Liderinin abidəsi ziyarət olunub

Prokurorluğun rəhbər heyəti və əməkdaşları Fəxri xiyabanı ziyarət ediblər

Ukraynada Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Uinston Çörçilin təsvir olunduğu rəsm əsəri hərraca çıxarılıb

Bakıdakı Rus evi 9 May - Qələbə Gününə həsr olunmuş konsert təşkil edib

“Şahdəniz” yatağından 7 milyard kubmetr qaz hasil edilib

AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib

Ulu Öndər Heydər Əliyev Azərbaycan gənclərinin xaricdə təhsil almasında mühüm rol oynayıb

® Sabunçu rayonunda könüllü qanvermə aksiyası keçirilib

Tayvan sahillərində 5,7 bal gücündə zəlzələ olub

“AzerGold”un Müşahidə Şurasının növbəti iclası olub

Bu ilin birinci rübündə AÇG yatağından 31 milyon barel neft çıxarılıb

Professor: Heydər Əliyevin yüksək nitq mədəniyyəti xüsusi araşdırmaya layiq mühüm bir məsələdir

Bakıda beynəlxalq seysmoloji konfrans keçiriləcək

® İlk dəfə rekord sayda spiker “Caspian Investment Forum Prague 2024”də

Müstəqil dövlətimizin ən müasir tarixi Ulu Öndərin adı ilə bağlıdır RƏY

MİQ üzrə müsabiqəyə buraxılacaq qeydi-pedaqoji ixtisasların siyahısı müəyyənləşib

Tanınmış mütəxəssisin Azərbaycan millisinə baş məşqçi təyin olunacağı ilə bağlı xəbərlərə aydınlıq gəlib

Cari ilin birinci rübündə AÇG üzrə əsaslı məsrəflərə 347 milyon dollar xərclənilib

Dendrologiya İnstitutu İtaliyadan yeni toxum növləri əldə edib

ABA: Türk bank icmalarının birgə fəaliyyəti ölkələr arasındakı iqtisadi bağların güclənməsinə imkan yaradacaq

Universitetdə tədbir: Heydər Əliyev şəkillərdə

Ankarada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Şuşa şəhərindəki “ASAN xidmət” mərkəzi iyunun sonlarınadək hazır olacaq VİDEO

RF Dövlət Duması Mixail Mişustinin hökumətin sədri vəzifəsinə namizədliyini müzakirə edir

Ermənistan müxalifəti baş nazir postuna namizədini müəyyənləşdirməyib

“PAŞA Holding” şirkətlərinin dayanıqlılıq strategiyası üzərində iş aparılır

BMT-nin vətəndaş cəmiyyəti üzrə 69-cu konfransı keçirilir

Tələbə gənclər Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini silsilə tədbirlərlə anıblar

Toğrul Əsgərov: Azərbaycan dünya idman tarixinə öz imzasını atmağı bacarıb

Ümummilli Lider Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti

Cənubi Sudandan olan 1,3 milyon qaçqın geri qayıdıb

Kursantlar Ulu Öndərin ölməzliyini tərənnüm etdirən fləş-mob hazırlayıblar VİDEO

Yelkənçilərin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş parad təşkil olunub

“AzerGold”un yeni qızıl sikkəsi Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunub

Niderland şirkəti Azərbaycan startapını alıb

Netanyahu Baydenlə fikir ayrılığının aradan qalxacağına ümid edir

Çin Macarıstanda dəmir yolu layihələrinə sərmayə qoyacaq

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Astarada tibbi aksiya təşkil edib