CƏMİYYƏT


Vətəndaşlara hüquqi yardım göstərilib

Bakı, 7 iyun, AZƏRTAC

ASAN könüllüləri tərəfindən 2017-ci ilin yanvar ayından etibarən icra olunmağa başlayan “Əmək, uşaq və qadın hüquqları üzrə xidmət mərkəzləri” çərçivəsində Bakı, Sumqayıt, Gəncə və Bərdə şəhərlərində yaşayan vətəndaşlara hüquqi maarifləndirmə təlimləri keçirilib.

Müvafiq olaraq, 417 nəfər iştirakçının rəy sorğusu nəticəsində müəyyən olunan sahələr üzrə (əmək, uşaq və qadın hüquqları) hazırlanmış proqramlara uyğun olaraq təlimlər aparıcı ekspertlərin və hüquqşünasların iştirakı ilə təşkil edilib.

Bu istiqamətdə maarifləndirməyə daha çox gənclər, o cümlədən məktəblilər, ASAN könüllüləri və digər kateqoriyalara daxil olan vətəndaşlar cəlb olunub. Sözügedən layihə çərçivəsində müvafiq bölgələr üzrə ərazilərdə yaşayan vətəndaşlara 40 təlim təşkil edilib. Ümumilikdə, təlimlərdə 1225 nəfər iştirak edib.

Təlimlərin keçirilməsində məqsəd vətəndaşlara ilkin hüquqi yardımın vacibliyini anlatmaq və insan hüquqlarının, o cümlədən əmək, uşaq və qadın hüquqlarının önəmini onların diqqətinə çatdırmaqdır.

Layihənin birinci mərhələsində ekspertlər tərəfindən yetişdirilən 8 gənc hüquqşünas Bakı, Sumqayıt, Gəncə və Bərdə şəhərlərində 540 vətəndaşa ilkin hüquqi yardım göstərib.

Layihə Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondunun “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramı çərçivəsində həyata keçirilib. Bu layihənin icrası “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin eksperti Sahil Məmmədli ilə Avrasiya Əməkdaşlıq Fondu arasında bağlanmış “İnsan hüquqları üzrə hüquq klinikası” (Əmək, uşaq və qadın hüquqları üzrə xidmət mərkəzləri) adlı xidmət çərçivəsində icra olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.