CƏMİYYƏT
Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin olunması prosesi davam etdirilir
Bakı, 26 fevral, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü və Qaradağ Rayon Polis İdarəsinin müvafiq şöbəsinin əməkdaşlarının iştirakı ilə rayonun Qobustan qəsəbəsində şəxsiyyət vəsiqəsinin təmini üzrə növbəti səyyar xidmət keçirilib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir zamanı qəsəbə sakinlərindən 60, o cümlədən şəxsiyyət vəsiqəsinin etibarlıq müddəti bitmiş 55, hərəkət imkanları məhdud olan 3 nəfərin şəxsiyyət vəsiqələri ilə təmin olunmaları üçün müvafiq sənədləri icraata götürülüb.
Bununla yanaşı, həmin qəsəbədəki 195 və 321 nömrəli orta məktəblərin buraxılış siniflərində oxuyan 21 şagirdə şəxsiyyət vəsiqələri verilib, 35 nəfərin isə sənədləri qəbul edilib.
Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin olunması prosesi davam etdirilir.