İDMAN


Vüqar Həşimovun xatirəsinə həsr olunmuş  beynəlxalq turnirin qalibləri müəyyənləşib

Bakı, 2 avqust, AZƏRTAC

Bakıda Azərbaycanın məşhur şahmatçısı, beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri başa çatıb.

AZƏRTAC xəbər verir ki, Vüqar Həşimov Akademiyasında keçirilən yarışda 8-10-12 yaşadək uşaqlar birincilik uğrunda mübarizə aparıblar. Azərbaycan, Rusiya və Birləşmiş Ərəb Əmirliklərindən 74 şahmatçının iştirak etdiyi turnir İsveçrə sistemi üzrə 9 turdan ibarət olub.

Gərgin mübarizə şəraitində davam edən beynəlxalq turnirin qalibi 8,5 xal toplayan Xəzər Babazadə olub. Toğrul Əliyev 7,5 xalla ikinci, Seyid Hüseyn isə 7 xalla üçüncü yeri tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.