CƏMİYYƏT


Xaçmaz rayonunda iki qovaq ağacını qanunsuz olaraq kəsən şəxs cərimələnib

Bakı, 10 avqust, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Xaçmaz rayon sakini Telman Quliyev tərəfindən Əhmədoba kənd ərazisində ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub. Nazirliyin yerli qurumlarının əməkdaşları şikayəti yerində araşdırıblar.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həmin əraziyə baxış keçirilən zaman diametri 28-32 santimetr olan yaşköküstə 2 qovaq ağacının qanunsuz olaraq kəsildiyi aşkar edilib.

Araşdırma zamanı, həmçinin ağacların Xaçmaz rayonu Xaspoladoba kənd sakini Elman Həmzəliyev tərəfindən kəsildiyi məlum olub. Faktla bağlı E.Həmzəliyev barəsində protokol tərtib edilib və o, inzibati qaydada 1550 manat məbləğində cərimələnib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.