MƏDƏNİYYƏT


Xalq Artisti Eldəniz Zeynalovun xatirəsi yad edilib

Bakı, 1 fevral, AZƏRTAC

Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Qəlblərdə yaşayan Eldəniz Zeynalov” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Xalq Artisti Eldəniz Zeynalovun anadan olmasının 80 illik yubileyinə həsr edilib. Əvvəlcə qonaqlar aktyorun həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə tanış olublar.

Sənətkarın oğlu Elbrus Zeynalov çıxış edərək atasının həyat və yaradıcılığından, milli mədəniyyətimizdə xidmətlərindən danışıb, tədbirin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirib. Kitabxananın əməkdaşı Gülzadə Quliyeva tanınmış aktyorun Azərbaycan kinosuna və teatrına töhfələrindən, yaratdığı obrazlar qalereyasından söz açıb.

Tədbir Eldəniz Zeynalovun rol aldığı filmlərdən fraqmentlərin nümayişi ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.