CƏMİYYƏT
Xalq Artisti Rasim Balayev gənclərlə görüşüb
Bakı, 31 may, AZƏRTAC
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Mədəniyyət İşçi Qrupu tərəfindən Xalq Artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının keçmiş katibi Rasim Balayev ilə gənclərin görüşü təşkil olunub.
İttifaqdan AZƏRTAC-a bildiriblər ki, ATGTİ-nin icraçı direktoru Şəmsi Gülverdiyev görüşdə bu cür tədbirlərin gənclər tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.
“Babək”, “Nəsimi”, “Cavid ömrü” kimi tariximizi əks etdirən filmlərin baş qəhrəmanı olmuş aktyor Respublika Günü ərəfəsində keçirilən bu görüşdə vətənpərvərlik hissinin vacibliyini qeyd edib.
Rasim Balayev aktyorluq sənətindən və həyat təcrübəsindən, səhnəarxası maraqlı yaddaqalan hadisələrdən söhbət açıb.
Xalq Artisti gənclərin çoxsaylı suallarını cavablandırıb, xatirə şəkli çəkdirilib.