MƏDƏNİYYƏT


Xalq Rəssamı Vidadi Nərimanbəyovun 90 illik yubileyinə həsr olunmuş sərgi açılacaq

A+ A

Bakı, 6 iyul, AZƏRTAC

Xalq Rəssamı Vidadi Nərimanbəyovun anadan olmasının 90 illik yubileyi münasibətilə iyulun 15-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sərgi açılacaq.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Milli İncəsənət Muzeyində baş tutacaq sərgi iyulun 20-dək davam edəcək.

Sərgidə rəssamın Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və ailə kolleksiyasında saxlanılan əsərləri nümayiş olunacaq. Həmçinin rəssamın illər öncə yaratdığı və indiyədək geniş tamaşaçı kütləsi qarşısında heç vaxt nümayiş olunmayan bir neçə əsəri də sərgilənəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.