MƏDƏNİYYƏT


Xalq Şairi Söhrab Tahirin 90 illik yubileyinə həsr olunan tədbir keçiriləcək

A+ A

Bakı, 21 sentyabr, AZƏRTAC

Sentyabrın 29-da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Nizami Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində Xalq Şairi Söhrab Tahirin 90 illik yubileyinə həsr olunan tədbir keçiriləcək.

İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə şairin həyat və yaradıcılığından söz açılacaq, şeirləri səsləndiriləcək. İndiyə qədər şairin 1000-dən çox şeiri, 57 poeması, 8 romanı, 10 povesti, 70-dən çox hekayəsi, 800-dən artıq ədəbi, elmi, publisistik məqaləsi çap edilib. Söhrab Tahirin kitabları xarici ölkələrdə də nəşr olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.