SİYASƏT
Xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması işində Həmrəylik Günü vacib rol oynayır
Stokholm, 29 dekabr, AZƏRTAC
Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO) və Oslodakı Azərbaycan Evi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirib.
Tədbirdə çıxış edən Oslo Azərbaycan Evinin sədri Ramil Əliyev Həmrəylik Günü bayramının dünya azərbaycanlıları üçün çox önəmli olduğunu bildirib, bu günün xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, milli mənəvi dəyərlərin qorunması, təbliği və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində vacib rol oynadığını vurğulayıb.
Tədbirdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və yaxın tariximizi əks etdirən videoçarxlar təqdim olunub və iştirakçılara bu mövzular barədə məlumat verilib.
Bədii hissədə Norveç Musiqi Akademiyasının azərbaycanlı tələbələri klassik və milli musiqilərimizi ifa ediblər.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm