CƏMİYYƏT


Xarici tələbələr Azərbaycan Tibb Universitetində təcrübə keçiblər

Bakı, 3 avqust, AZƏRTAC 

“Azərbaycan Həkimlər və Təbib Tələbələr” İctimai Birliyi tərəfindən hər il müxtəlif xarici ölkələrdən gələn tələbələrin Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə və Tədris Terapevtik klinikalarında təcrübəsi təşkil edilir.

ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu il keçirilən praktika çərçivəsində Türkiyə, Rusiya, Polşa, Çexiya, Kanada, İtaliya və Almaniya kimi müxtəlif ölkələrdən gələn tələbələr Tibb Universitetində olub, geniş təcrübə keçiblər. Təcrübə əsnasında tələbələr Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyevlə görüşüblər. Görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb, cərrahiyyənin müxtəlif istiqamətləri üzrə müzakirələr aparılıb.

“Azərbaycan Həkimlər və Təbib Tələbələr” İctimai Birliyi Beynəlxalq Tibb Tələbələri Assosiasiyaları Federasiyasının tərkibində təsis edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.