CƏMİYYƏT
Xəbərdarlıq: Noyabrın 3-dək hava şəraiti qeyri-sabit keçəcək
Bakı, 31 oktyabr, AZƏRTAC
Azərbaycanda noyabrın 1-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə bəzi yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi axşam arabir güclənəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz 9-11° isti təşkil edəcək.
Noyabrın 1-dən 3-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi arabir güclü olacaq.
Naxçıvan Muxtar Respublikasında arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Yağıntının intensiv olacağı ehtimalı var. Qərb küləyi arabir güclənəcək. Gecə 2-7° isti, gündüz 7-12° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında arabir yağış yağacağı, sulu qara, qara keçəcəyi, duman olacağı gözlənilir. Bəzi yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti təşkil edəcək.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 9-12° isti təşkil edəcək.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə sulu qara, qara keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6° isti, gündüz 6-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi,Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 8-13° isti təşkil edəcək.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntının intensiv olacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-12° isti, dağlarda gecə 1-6° isti, gündüz 6-9° isti təşkil edəcək.
Rayonlarda da qeyri-sabit hava şəraiti noyabrın 3-dək davam edəcək. Arabir yağış, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.