CƏMİYYƏT
Xəzər rayonunda şagirdlər arasında keçirilən rəsm və inşa müsabiqələrinin qalibləri mükafatlandırılıb
Oktyabrın 20-də Xəzər Rayon Gənclər Evində “Azərbaycan gəncləri narkotiklərə yox deyir” mövzusunda rayon ümumtəhsil müəssisələrinin şagirdləri arasında rəsm və inşa yazı müsabiqəsi keçirilib. Həmçinin “Polis - vətəndaş, polis - cəmiyyət münasibətlərinin möhkəmləndirilməsində gənclərin rolu” mövzusunda inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi və sərgi təşkil olunub.
Rəsm müsabiqəsində 124, 26 və 234 nömrəli tam orta məktəblərin şagirdləri Fidan Zeynallı, Röya Dadaşova və Rəhman Quliyev müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutublar.
İnşa yazı müsabiqəsində isə ilk üç yerin sahibləri 156, 26 və 92 nömrəli tam orta məktəblərin şagirdləri Mətanət Mirzəyeva, Püstəxanım Məmmədzadə və Sona Orucova olublar.
“Polis - vətəndaş, polis - cəmiyyət münasibətlərinin möhkəmləndirilməsində gənclərin rolu” mövzusunda inşa yazı müsabiqəsində isə birinci, ikinci və üçüncü yerlərdə 218, 124 və 185 nömrəli tam orta məktəblərin şagirdləri Ülkər Babayeva, Nübar Mövliyeva və Aytac Məmmədova qərarlaşıblar.
Qaliblərə Xəzər Rayon Gənclər və İdman idarəsi tərəfindən diplomlar və xatirə hədiyyələri təqdim olunub.