CƏMİYYƏT


Xəzərin sahilboyu ərazilərində su nəqliyyatı vasitələrinin təhlükəsiz istismarına nəzarət tədbirləri davam edir

Bakı, 8 avqust, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Xəzər dənizinin sahilboyu ərazilərində su nəqliyyatı vasitələrinin təhlükəsiz istismarına nəzarət qaydalarına əməl olunmasını təmin etmək məqsədilə mütəmadi əməliyyat tədbirləri həyata keçirir.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, keçirilən növbəti əməliyyat tədbirləri nəticəsində ümumilikdə beş ədəd su nəqliyyatı vasitəsinin - Sabunçu rayonunun Nardaran qəsəbəsində yerləşən çimərlikdə bir qayıq, Şüvəlan, Mərdəkan, Novxanı qəsəbələrində və Sumqayıt şəhərinin Corat qəsəbəsində yerləşən çimərliklərdə isə 4 hidrosiklin müvafiq nəzarət qaydalarına əməl olunmadan istifadə edildiyi müəyyən edilib.

Həmin nəqliyyat vasitələrinin sahibləri barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.