CƏMİYYƏT
Xüsusi qayğıya ehtiyacı olan gənclər üçün təlimlər keçirilir
Bakı, 24 noyabr, AZƏRTAC
“Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AZGF) maliyyə dəstəyi ilə reallaşdırdığı “Müasir Kadr Akademiyası” layihəsinin ilk mərhələsi uğurla başa çatıb.
Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində xüsusi qayğıya ehtiyacı olan gənclərə “Sosial media marketinqi” və “fotoqraflıq” üzrə peşəkar təlimçilər tərəfindən dərslər keçirilib. Layihənin ikinci mərhələsində “Qrafik dizayn” və “Mühasibatlıq” sahələri üzrə dərslərin keçirilməsinə isə artıq başlanılıb.
Sonda gənclər üçgünlük düşərgəyə cəlb olunacaqlar. Düşərgə zamanı onlar karyera planlaması, iş həyatı, iş axtarma yolları, müsahibə qaydaları mövzularında məlumatlandırılacaqlar.