Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycan gənclərinin ölkənin imkanlarından hərtərəfli faydalanmaları üçün bütün şərait yaradılıb

Bakı, 31 yanvar, AZƏRTAC

Yanvarın 31-də Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi 2 fevral - Gənclər Günü münasibətilə tədbir keçirib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə birliyin 2014-cü ildəki fəaliyyəti ilə bağlı hesabatı təqdim edilib.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov tədbirdə çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətdə gənclərə qayğı önəmli yer tutur. Məhz onun təşəbbüsü, ideyası və birbaşa tapşırığı əsasında Azərbaycanda Gənclər Günü təsis olunub. Bu gün Azərbaycan gənclərinin qayğısız böyüməsi və inkişaf etdirilməsi üçün dövlətin bütün imkanlarının səfərbər edilməsi kimi çox vacib addımlar atılır. Əsası Ulu Öndərimiz tərəfindən qoyulan siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Gənclərin inkişafı, onların Azərbaycanın imkanlarından hərtərəfli faydalanması üçün hər cür şərait yaradılıb.

Azərbaycan gəncliyinin böyük bir hissəsi ümummilli lider Heydər Əliyevin yaratdığı, onun ideyaları ilə yaşayan və bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının üzvləridir. YAP-ın sıralarında 650 minə yaxın Azərbaycan vətəndaşı birləşib. Onların 40 faizə qədəri gənclərdir. Təxminən 250 min fəal Azərbaycan gənci YAP-ın sıralarında siyasi fəaliyyətini davam etdirir. Azərbaycanın tarixində heç zaman bu qədər fəal gənci bir arada birləşdirən təşkilat olmayıb. Təbii ki, Azərbaycan gənclərinin böyük bir hissəsinin YAP-ın sıralarında birləşməsi onların bütövlükdə ulu öndər Heydər Əliyevin ideyalarına, onun yaratdığı dövlətə, Prezident İlham Əliyevə olan inamının nəticəsidir.

YAP-ın Gənclər Birliyi böyük bir yol keçib və Azərbaycan gənclərinə nüfuz etmək, onun düşüncələrinə, həyat baxışlarına müsbət mənada təsir göstərmək imkanına malikdir və qurum bu imkanı gördüyü işlərlə təsdiq edir.

Əli Əhmədov deyib: “Hər bir ölkənin malik olduğu resurslar var. Azərbaycanın çoxsaylı resurslarından biri də ölkəmizin gəncləridir. Azərbaycan əhalisinin tərkibində gənclər yüksək çəkiyə malikdir. Bu, bizim resursumuzun ən dəyərli cəhətlərindən biridir. Deməli, bizim gələcəyimiz daha parlaqdır”.

Azərbaycanda gənclərlə bağlı siyasətin bir neçə başlıca istiqaməti var. Hər şeydən əvvəl Azərbaycan gəncliyinin qarşısında duran ən müqəddəs məsələ Azərbaycanın qorunmasıdır. Bu mənada vətənpərvərlik tərbiyəsi bütövlükdə qarşımızda duran başlıca vəzifədir. İkinci vəzifə Azərbaycanın gücünün, qüdrətinin artırılmasına gənclərin öz layiqli töhfəsinin verilməsindən ibarətdir. Milli ideyanın, milli dəyərlərin daşıyıcısı olmaq Azərbaycan gənclərinin qarşısında duran ən vacib vəzifələrdən biridir. Azərbaycan gəncinin digər mühüm vəzifəsi isə ölkəmizi layiqincə təmsil etməkdir.

Milli Məclisin sədr müavini Bahar Muradova çıxışında bildirib ki, hər bir xalqın gələcəyi gənclik olduğu kimi, Azərbaycanın da gələcəyinin gənclərin əlində olması ilə yalnız qürur duymaq olar. Bahar Muradova deyib: “Siz öz öhdəliklərinizi bilən, vətəndaş məsuliyyətini dərk edən, öz xalqı, Vətəni, əqidəsi, seçdiyi siyasi yol qarşısında vicdan borcunu məsuliyyətlə yerinə yetirən gəncliyin nümayəndələrisiniz. Yeni Azərbaycan quruculuğu hər biriniz tərəfindən qarşıda duran vəzifələri məsuliyyətlə yerinə yetirməyə hazır olmaq deməkdir. Sizin fəaliyyətinizin ən müxtəlif istiqamətləri belə söyləməyə imkan verir ki, siz ulu öndər Heydər Əliyevin ideyaları ilə yaxşı silahlanmısınız. Sizin qəlbinizdə Azərbaycan sevgisi, Ulu Öndər və onun ideyalarına məhəbbət kök salıb. Yalnız bu sevgidən çıxış edərək layiqli vətəndaş olmaq mümkündür. Bizim Mübariz, Fərid kimi qəhrəmanlarımız Azərbaycan üçün canlarından belə keçdilər, siz də öz həyatınızın bütün şüurlu hissəsini Azərbaycana xidmət etməklə keçirməlisiniz, yeri gələndə siz də onların şəhidlik zirvəsi uğrunda mübarizəsini təkrarlamağa hazır olmalısınız”.

Tədbirdə çıxış edən YAP Gənclər Birliyinin üzvləri Arzu Xəlilova, Güllü Eldarzadə və digərləri Azərbaycanda gənclərin inkişafından, dövlətin onlara göstərdiyi diqqət və qayğıdan danışıb və ölkə rəhbərliyinə, xüsusilə dövlətimizin başçısına minnətdarlıq ediblər.

Sonra bir qrup fəal gəncə fəxri fərman və hədiyyələr təqdim edilib.

Tədbir konsert proqramı ilə davam edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yaylmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB VİDEO

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - “Ziyarətə çevrilmiş ocaq”

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb VİDEO

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib