CƏMİYYƏT
YAP Gənclər Birliyində region gəncləri ilə görüş
Bakı, 20 oktyabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyası Gənclər Birliyi oktyabrın 20-də region gənclərinin bir qrupu ilə görüş keçirib.
Birlikdən AZƏRTAC-a bildiriblər ki, görüşün əsas məqsədi siyasi arenada kifayət qədər aktuallıq qazanmış sosial şəbəkələrdə keyfiyyətli fəaliyyətin təşkil edilməsi ilə bağlı olub.
Bildirilib ki, dünyanın inkişaf etmiş ölkələri kimi, Azərbaycanın da iqtisadi inkşafının təmin edilməsində informasiya və kommunikasiya texnologiyalarının xüsusi yeri var və bu sahənin inkişaf səviyyəsi qarşıya qoyulan məqsədlərə çatmağa təsir edən amillərdəndir. Təsadüfi deyil ki, 2013-cü il Prezident İlham Əliyev tərəfindən “İKT ili” elan edilmişdi. Bununla belə, İKT sahəsində bir çox gənclərimiz var ki, məlumatlılığın və praktiki təcrübələrinin olmaması baxımından dünya gənclərindən geri qalırlar.
Görüşün prioritet istiqamətlərindən biri də sosial şəbəkələrin təhlükəsizlik qaydaları, problemləri, gənclərin kənar təsirlərin altına düşməməsi və Azərbaycan həqiqətlərinin beynəlxalq arenaya çatdırılması olub.