MƏDƏNİYYƏT


YARAT Müasir İncəsənət Məkanında yeni filmin təqdimatı olacaq

A+ A

Bakı, 21 sentyabr, AZƏRTAC

Sentyabrın 27-də YARAT Müasir İncəsənət Məkanında rejissorlar Fidan Cəfərova və Tofiq Rzayevin ekranlaşdırdığı “Araf” adlı film nümayiş olunacaq.

AZƏRTAC xəbər verir ki, art-haus janrında çəkilmiş ekran əsəri müharibə dövründə bir ailənin yaşam tərzini, parçalanmasını və ailənin hər bir üzvünün emosional vəziyyətini əks etdirir. Filmdə müharibənin konkret nə zaman baş verdiyi göstərilmir. Ekran əsərinin “Araf” adlandırılması da təsadüfi deyil. İslam dinində “Araf” cənnət və cəhənnəm arasında məkan sayılır. Azərbaycan dilində nümayiş olunacaq filmdə aktyorlar Bəsti Cəfərova, Sabir Məmmədov, Könül İskəndər və Adil Dəmirov çəkiliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.