ELM VƏ TƏHSİL
YEDDİ AZƏRBAYCANLI TƏLƏBƏ KİYEVDƏKİ HEYDƏR ƏLİYEV ADINA İNSTİTUTDA BAKALAVR DİPLOMU ALMIŞDIR
Ukraynanın bu ən iri qeyri-dövlət ali məktəbinin – HİOBA-nın rektoru, professor Nikolay Qolovatı Azərbaycan təmsilçilərini təhsili uğurla başa çatdırmaları münasibətilə səmimi təbrik etmiş, onların magistraturaya qəbul olunması barədə əmri oxuyaraq, gələcəkdə təhsildə daha böyük nailiyyətlər arzulamışdır.
Ölkəmizin Ukraynadakı səfirliyinin əməkdaşı Seyidəli Qədiməliyev tələbələrimizə göstərilən qayğıya görə institutun rəhbərliyinə və professor-müəllim heyətinə Azərbaycan səfirinin minnətdarlığını çatdıraraq vurğulamışdır ki, bu gənclər Azərbaycan və Ukrayna xalqları arasında ənənəvi dostluğu möhkəmləndirəcəklər.
Tələbələr adından çıxış edən Vüqar Məmmədzadə ali məktəbin rəhbərliyini, professor-müəllim heyətini və Azərbaycan diplomatlarını əmin etmişdir ki, onlar magistraturada da ümummilli liderimiz, Prezident Heydər Əliyevin adını daşıyan instituta layiq olacaqlar.