İQTİSADİYYAT
“Yahoo” internet fəaliyyətlərini 4,8 milyard dollara “Verizon”a satmağa razıdır
Bakı, 25 iyul, Nihad Budaqov, AZƏRTAC
“Yahoo Inc.” internet fəaliyyətlərini 4,8 milyard dollara “Verizon Communications Inc.”ə satmağa razıdır.
AZƏRTAC “bloomberght.com”a istinadla xəbər verir ki, startup kimi fəaliyyətə başlayan “Yahoo” təxminən iyirmi illik müstəqil fəaliyyəti dövründə “Google” və “Facebook” nəhənglərə rəqib olub.
Razılaşma hamısı nağd olmaqla “Yahoo”nun daşınmaz fəaliyyətlərini də ehtiva edir. Bəzi intellektual mülkiyyət hüquqları isə razılaşmadan əlavə və ya satışları ayrı reallaşdırılacaq.
“Verizon”a poçt, xəbərlər və idman məzmunlu, maliyyə vasitələrini ehtiva edən hazırda aylıq 1 milyard istifadəçisi olan “Yahoo”nun internet xidmətlərini də daxil edəcək.
“Yahoo”nun bazar dəyəri 37 milyard dollardır və şirkətin səhmləri 2016-cı ildə 18,4 faiz artım göstərib. “Verizon”un isə bazar dəyəri 229 milyard dollar qiymətləndirilir.