İQTİSADİYYAT


Yanvar-aprel aylarında informasiya və rabitə xidmətlərinin dəyəri artıb

Bakı, 5 iyun, AZƏRTAC

2017-ci ilin yanvar-aprel ayları ərzində informasiya və rabitə müəssisələri 530,0 milyon manatlıq xidmət göstərib ki, bunun da 71,7 faizi əhali tərəfindən istehlak olunub. 2016-cı ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 2,9 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 80,9 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, xidmətlərdən əldə edilən gəlirin 48,3 faizi və ya 256,2 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.