DÜNYA


Yaponiya Rusiya gəmisinin ona məxsus ərazi sularına girməsi ilə əlaqədar etirazını bildirib

Tokio, 13 iyun, AZƏRTAC 

Yaponiya Sahil Mühafizəsi Xidməti patrulunun bu ölkəyə məxsus ərazi sularına Rusiyaya aid gəminin daxil olaraq qeyri-qanuni fəaliyyətlə məşğul olması barədə məlumatından sonra Rusiya tərəfinə etirazını bildirib.

Yaponiyanın xarici işlər naziri Fumio Kişida iyunun 13-də jurnalistlərə deyib ki, ötən həftənin bazar ertəsi günü patrul ölkənin şimalında yerləşən Hokkaydo adasının yaxınlığındakı Soya burnunda Rusiyaya məxsus gəminin kabelə bənzər əşyanı ardınca çəkməsinin şahidi olub.

F.Kişida məsələ ilə əlaqədar nazirliyin əməkdaşlarının Rusiyanın Tokiodakı səfirliyində diplomatlarla müvafiq söhbət apardıqlarını və Yaponiyaya məxsus iqtisadi zonada bu ölkənin icazəsi olmadan elmi tədqiqatın həyata keçirilməsinin qeyri-qanuni olduğunu izah ediblər.

Nazir əlavə edib ki, Sahil Mühafizəsi Xidmətinin əməkdaşları da Rusiyaya məxsus gəminin heyətinə bunu izah etdikdən sonra gəmi ərazini tərk edib. F.Kişida vurğulayıb ki, Yaponiyaya məxsus ərazi sularında vəziyyətin müşahidə olunması bundan sonra da davam etdiriləcək.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.