DÜNYA


Yaponiya əhalisi səkkiz ildir fasiləsiz azalır

Tokio, 6 iyul, AZƏRTAC 

Yaponiyada əhali artıq səkkiz ildir fasiləsiz olaraq azalır. Bu barədə Ümummilli Məsələlər, Yerli Muxtariyyət və Rabitə Nazirliyinin yaydığı məlumatda bildirilir. Qeyd edilir ki, cari il yanvarın 1-ə olan məlumata görə, ölkə əhalisinin sayı 125 milyon 580 min nəfərdir. Bu, əvvəlki ilin göstəricisi ilə müqayisədə əhalinin 300 min nəfər azalması deməkdir.

Azalma sayı bu statistikanın aparılmağa başladığı 1968-ci ildən bəri ən yuxarı göstəricidir. Ölkə əhalisinin sayının 2009-cu ildə ən yüksək həddə çatdığı qeyd olunur. Əlavə olaraq bildirilir ki, ölkədəki 47 prefekturadan 41-də əhalinin azalması qeydə alınıb. Son beş ildə bu göstərici Hokkaydo prefekturasında ölkə üzrə ən yüksək olaraq qalıb. Burada əhalinin təqribən 33 min nəfər azaldığı bildirilir.

Bununla yanaşı, Tokioda və beş digər prefekturada əhalinin sayının artdığı qeyd edilir. Artıq 21 ildir ki, davamlı olaraq artan paytaxt sakinlərinin sayı təqribən 13 milyon nəfər təşkil edir.

Yaponiyada yaşayan əcnəbilərin də sayı ötən illə müqayisədə 150 min nəfər artaraq 2 milyon 320 min nəfərə çatıb. Bu, həmin statistikanın aparılmağa başladığı 2013-cü ildən bəri ən yüksək göstəricidir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.