DÜNYA
Yaponiya parlamenti özəl şirkətlərə süni peyk buraxılışına icazə verib
Tokio, 10 noyabr, AZƏRTAC
Noyabrın 9-da Yaponiya parlamenti özəl şirkətlərə kosmosa süni peyk buraxmağa icazə verən qanun layihəsini qəbul edib.
Bu, parlamentin yuxarı palatasının kosmik məkanın mənimsənilməsi ilə bağlı qəbul etdiyi iki qanundan biridir.
Hazırda yalnız Yaponiya Aerokosmik Məkanın Mənimsənilməsi Agentliyi (JAXA) və onunla müqaviləyə malik olan “Mitsubishi Heavy Industries” şirkəti süni peyklərin buraxılması lisenziyasına malikdir.
Həmin gün qəbul edilən ikinci qanuna görə isə hökumət ehtiyac yarandığı təqdirdə, milli təhlükəsizliyin təmin olunması məqsədilə özəl şirkətlərə məxsus süni peyklər tərəfindən aparılmış yüksək həlli çəkilişlərin satışını və yayılmasını qadağan edə bilər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [16:05]
Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində bir nəfər ölüb VİDEO
- 10.05.2024 [15:51]
Çadın hərbi lideri Debi İtno mübahisəli seçkilərin qalibi elan edilib
- 10.05.2024 [14:51]
Qazaxıstan və Niderland arasında doqquz kommersiya sazişi imzalanıb
- 10.05.2024 [14:44]
Ukrayna ordusuna 20 minədək məhbus səfərbər edilə bilər
- 10.05.2024 [14:13]