CƏMİYYƏT
Yardımlı rayonunda ağacın budaqlarını qanunsuz kəsən şəxs cərimələnib
Bakı, 12 avqust, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Yardımlı rayonu Ərus kənd sakini Rahim Qarayev tərəfindən kənd qəbiristanlığı ərazisində ağacların qanunsuz kəsilməsi ilə bağlı şikayət daxil olub. Nazirliyin yerli qurumlarının əməkdaşları şikayəti dərhal yerində araşdırıblar.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əraziyə keçirilən baxış zamanı iki alça ağacının qanunsuz olaraq budandığı məlum olub.
Araşdırma zamanı yaşköküstə ağacların budaqlarının Ərus kənd sakini Dədəbəy Ağayev tərəfindən kəsildiyi aşkar edilib. Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və o, qanunvericiliyə uyğun qaydada 100 manat məbləğində cərimə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:27]
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
- 27.08.2023 [23:39]
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
- 27.08.2023 [17:31]
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
- 27.08.2023 [13:00]
Sabahın hava proqnozu açıqlanıb
- 26.08.2023 [17:00]
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir
- 26.08.2023 [11:04]
Qeyri-sabit, yağıntılı hava şəraiti avqustun 27-si səhərədək davam edəcək
- 25.08.2023 [22:32]
Paytaxt havasında dəm qazının miqdarı normanı ötüb
- 25.08.2023 [22:23]