CƏMİYYƏT
Yardımlıda iki nəfər su quyusunda boğulub
Bakı, 5 oktyabr, AZƏRTAC
Yardımlıda iki nəfər su quyusunda həlak olub.
AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Yardımlı rayonu Köryədi kəndində 2 nəfər su quyusuna düşərək köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1983-cü il təvəllüdlü Adışov Rahil Mursaqulu oğlu və 1980-cı il təvəllüdlü Niftəliyev Elvin Sultanağa oğlu təmizlik işləri aparmaq üçün dərinliyi təxminən 18-20 metr olan su quyusuna düşüb və havasızlıqdan boğulublar.
Cənub Regional Mərkəzin xilasediciləri R.Adışov və E.Niftəliyevin meyitlərini quyudan çıxarıb aidiyyəti üzrə təhvil veriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]