CƏMİYYƏT


Yasamalda ağacların kəsilməsi ilə əlaqədar yayılan məlumat dərhal yerində araşdırılıb

A+ A

Bakı, 6 oktyabr, AZƏRTAC

Oktyabrın 5-də “İnşaatçılar” metrostansiyasının yaxınlığında 2 ağacın kəsilməsi ilə əlaqədar sosial şəbəkədə yayılan məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.

Araşdırma zamanı məlum olub ki, oktyabr ayında Yasamal rayonu, Şərifzadə küçəsi, bina 148 ünvanında yaşayan Alim Babayev tərəfindən həmin ünvanda qəzalı ağaclara müvafiq rəy verilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinə müraciət edilib. Nazirliyin mütəxəssisləri tərəfindən əraziyə keçirilən baxış zamanı təhlükəli vəziyyətdə olan 2 qovaq ağacı aşkar olunub. Vətəndaşlara və binalara təhlükə yaradacağını nəzərə alaraq qovaq ağaclarının kəsilərək əvəzinə müvafiq torpaq mülkiyyətçisi tərəfindən yeni ağacların əkilməsi şərti ilə rəy verilib.

Mövcud qaydalara əsasən qurumuş 2 qovaq ağacının kəsilməsi və kəsilmiş ağacların yerinə yeni ağacların əkilməsi nazirliyin Dövlət Ekspertiza İdarəsinin rəyi əsasında xidməti sahəsi olan Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən həyata keçirilir.

ETSN yaşıllıqların qorunması məqsədilə vaxtında məlumat verən bütün vətəndaşlara, KİV nümayəndələrinə minnətdarlığını bildirir, daxil olan belə məlumatların araşdırılması və diqqətdə saxlanılması üçün qanunamüvafiq operativ tədbirlərin görülməsini davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.