İQTİSADİYYAT
Yeddi ayda dövlət büdcəsinə 7007,5 milyon manat vəsait daxil olub
Bakı, 13 avqust, AZƏRTAC
Maliyyə Nazirliyinin məlumatlarına əsasən, cari ilin yanvar-iyul aylarında dövlət büdcəsinə 7007,5 milyon manat vəsait köçürülüb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, büdcədən 8193,5 milyon manat vəsait xərclənib, büdcənin icrasında yaranmış 1186,0 milyon manatlıq kəsir ümumi daxili məhsulun 3,7 faizi səviyyəsində olub.