SİYASƏT


Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib

A+ A

Bakı, 25 iyul, AZƏRTAC 

İyulun 25-də Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib.

YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müşavirədə partiyanın yarım illik fəaliyyətinin nəticələri müzakirə edilib. Həmçinin Prezidentin təşəbbüsü ilə “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının qarşısında duran vəzifələr müzakirə olunub.

Vurğulanıb ki, Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən dəyişikliklər ölkədə insan hüquq və azadlıqlarının konstitusion təminatının daha da gücləndirilməsinə, demokratik təsisatların fəaliyyətinin və bütövlükdə idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədlərinə xidmət göstərir. Konstitusiyaya təklif olunan dəyişikliklərin Azərbaycan Respublikasının bəyan etdiyi demokratiyanın inkişafı konsepsiyasına uyğun olduğu qeyd edilib, eyni zamanda, referendumun keçirilməsi ilə əlaqədar Yeni Azərbaycan Partiyasının qarşısında duran təşkilati və təbliğat xarakterli vəzifələr müəyyənləşdirilib. Həmin vəzifələrin yerinə yetirilməsi ilə bağlı partiyanın rayon və şəhər təşkilatlarına müvafiq tapşırıqlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.