CƏMİYYƏT


Yeni “Məktəbli kitabçası” nəşr olunub

A+ A

Bakı, 3 sentyabr, AZƏRTAC

2016-2017-ci tədris ili üçün çap olunan dərsliklərin yerlərə çatdırılması prosesi yekunlaşıb. Şagirdlərin ən vacib ləvazimatı olan “Məktəbli kitabçası” da yeni formatda nəşr edilərək satışa çıxarılıb.

AZƏRTAC xəbər verir ki, hazırda Təhsil Nazirliyi tərəfindən istifadə üçün tövsiyə olunan “Məktəbli kitabçası”nın müəlliflik hüququ “Şərq-Qərb” nəşriyyat poliqrafiya müəssisəsinə məxsusdur. Bununla bağlı Müəllif Hüquqları Agentliyi həmin nəşrə 8092 nömrəli 13 may 2014-cü il tarixli şəhadətnamə verib. Kitabçanın məzmunu Azərbaycanın milli təhsil standartlarına tam uyğundur və Təhsil Nazirliyi ilə razılaşdırılıb. Bu vəsaitlər, həmçinin respublikanın təhsil ictimaiyyəti və ekspertlər tərəfindən də bəyənilərək tövsiyə edilib.

Yüksək poliqrafik səviyyədə və keyfiyyətlə hazırlanan “Məktəbli kitabçası” şagirdlərin yaş həddinə, psixologiya və dünya görüşünə uyğun olmaqla yanaşı, milli dəyərlərimiz və dövlətçiliyimizin təbliği baxımından da xüsusi maraq doğurur. Bu vəsaitlərin əvvəllər istifadədə olan analoji nəşrlərdən digər bir sıra üstünlükləri də var. Belə ki, yeni nəşr müasir fənn kurikulumunun məzmunu əsasında hazırlanıb. Burda şagirdlər, həmçinin əlamətdar hadisə və tarixi günlər haqqında rəngli formatda məlumat ala, bilik və dünya görüşlərini zənginləşdirə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.