REGİONLAR


Yenilik: Azərbaycanda ilk tandem paraplan uçuşları

Qusar , 18 iyul, Elxan Yusifli, AZƏRTAC

“Şahdağ” Turizm Mərkəzində turistlərə daha bir yenilik təqdim olunur.

AZƏRTAC xəbər verir ki, istirahət mərkəzinə gələnlərə bundan sonra ən populyarlar ekstrim idman növlərindən biri sayılan tandem paraplan uçuşları təklif olunacaq.

Turistlər yamac uçuşlarını iki fərqli start nöqtəsindən başlaya bilərlər. Dəniz səviyyəsindən 2250 metr yüksəklikdə yerləşən birinci start nöqtəsindən uçuş müddəti 15-20 dəqiqə təşkil edir. Bu məntəqədən tandem uçuşlar 16 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulur. Turistlər start nöqtəsinə xüsusi avtomobillə çatdırılır.

Start nöqtəsi dəniz səviyyəsindən 1650 metr yüksəklikdə yerləşən ikinci start nöqtəsindən uçuşlar isə 10 yaşdan yuxarı şəxslər üçündür. Bu məntəqədən uçuş müddəti 10 dəqiqəyədək davam edir.

Ekstrim dolu əyləncəli xidmətdən yararlanmaq istəyənlər təhlükəsizlik barədə tam təlimatlandırılır.

Paraplanla uçuşun qiyməti birinci start məntəqəsindən 150 manat, ikincidən isə 100 manatdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.