İDMAN


Yeniyetmə yunan-Roma güləşçilərimiz  Gürcüstanda altı medal qazanıblar

Bakı, 8 iyun, AZƏRTAC

Gürcüstanın Rustavi şəhərində dünya çempionu Temo Kazaraşvilinin şərəfinə beynəlxalq güləş turniri başa çatıb. Yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komandamız turnirdə iştirak edib.

AZƏRTAC xəbər verir ki, böyük məşqçi Bəhram Mürvətov və məşqçi Fuad Əliyevin rəhbərliyi altında yarışda iştirak edən güləşçilərimiz ikinci yarış günündə 1 qızıl və 1 gümüş medal qazanıblar.

Qızıl medalı yığmamıza bütün rəqiblərindən üstün olan Nihat Məmmədli (46 kq) qazandırıb. Finalda komanda yoldaşına uduzan Həsrət Cəfərov isə gümüş medalla kifayətlənib.

Beləliklə, iki gün davam edən turniri güləşçilərimiz 3 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurublar.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Elgün Məmmədov təmsil edib.

Qeyd edək ki, bu il yeniyetmə güləşçilərin Avropa çempionatı iyulun 24-30-da Bosniya və Herseqovinada, dünya çempionatı isə sentyabrın 4-10-da Yunanıstanda baş tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.