REGİONLAR


Yol polisinin Astarada keçirdiyi növbəti reyd zamanı 50-yə yaxın sürücü cəzalandırılıb

A+ A

Astara, 29 iyul, Bağır Əliyev, AZƏRTAC 

Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi rayonun Şahağacı və Qamişovka kəndləri ərazisində növbəti reyd keçirib.

AZƏRTAC xəbər verir ki, reyd zamanı yol hərəkəti qaydalarına riayət etməyən 50-yə yaxın sürücü saxlanılaraq onlar barəsində qanuna müvafiq tədbirlər görülüb.

Reyd zamanı bəzi avtomobillərin texniki baxışdan keçirilməməsi, qanunsuz mal-qara daşınması, sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsinin idarə olunması faktları da aşkarlanıb.

Qanunvericiliyin tələblərini pozan nəqliyyat vasitələrinin sürücülərinə qarşı inzibati protokollar tərtib edilib. Sürücülük vəsiqəsi olmadan avtomaşını idarə edənlərin nəqliyyat vasitələri isə cərimə meydançasına aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.