REGİONLAR


Yüksək bal toplayan abituriyentlərə qiymətli hədiyyələr verilib

A+ A

Zərdab, 6 sentyabr, AZƏRTAC

Zərdab Rayon İcra Hakimiyyətində 2016-cı ildə ali məktəblərə, hərbi məktəb və liseylərə qəbul olunan tələbələrlə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində son illər respublikamızın digər regionlarında olduğu kimi, Zərdab rayonunda da təhsilin inkişafı istiqamətində görülən işlərdən danışıb.

Qeyd edilib ki, 2016-cı ildə rayonun tam orta məktəblərini 469 məzun bitirib, onlardan 280 nəfəri TQDK-ya sənəd verib. Abituriyentlərdən 164 nəfəri ali məktəblərə qəbul olunub, 4 məzun qəbul imtahanlarında 600-dən çox bal toplayıb.

Qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlər, onların müəllim və valideynləri çıxış edərək, ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Sonda rayonda təhsilin inkişafında səmərəli fəaliyyət göstərən bir qrup müəllimə rayon icra hakimiyyətinin fəxri fərmanları, yüksək balla ali məktəblərə daxil olan tələbələrə isə qiymətli hədiyyələr təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.