İDMAN


Yunan-Roma güləşçilərimiz 4 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıblar

A+ A

Bakı, 26 noyabr, AZƏRTAC

Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsi keçirilib.

Beynəlxalq turnirin rəsmi media tərəfdaşı AZƏRTAC xəbər verir ki, sayca 9-cu dəfə təşkil olunan turnirə 50-dən çox ölkədən 700-ə yaxın güləşçi qatılıb. Son yarış günündə yunan-Roma güləşi üzrə 59, 66, 71, 75, 80, 85, 98 və 130 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşib.

Güləşçilərimiz son yarış günündə 4 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar. Qızıl medalları yığmamıza Həsən Əliyev (71 kq), Rafiq Hüseynov (80 kq), İslam Abbasov (85 kq) və Oyan Nəzəriani (130 kq) qazandırıblar. Yalnız final görüşündə uduzan Elvin Mürsəliyev (75 kq) gümüş medalla kifayətlənib. Bürünc medallar isə Rövşən Tağıyev (66 kq) və Soltan İsmayılovun (85 kq) payına düşüb.

Xatırladaq ki, sərbəst güləşçilərimiz 3 qızıl, 1 gümüş və 3 bürünc, qadın güləşçilərimiz 1 gümüş və 2 bürünc medal qazanıblar.

Beləliklə, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsini güləşçilərimiz bütövlükdə 7 qızıl, 3 gümüş və 7 bürünc medalla başa vurublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.