DÜNYA


Yüz beş yaşlı fransız qeyri-adi idman rekordu müəyyənləşdirib

A+ A

Bakı, 5 yanvar, AZƏRTAC

Yüz beş yaşlı fransız Rober Marşan Fransanın milli velodromunda bir saata 22,5 kilometr məsafə qət edərək öz yaş kateqoriyasında rekorda imza atıb.

AZƏRTAC BBC.com saytına istinadla xəbər verir ki, hazırda Marşan 105 yaşdan yuxarı velosipedçilər arasında çempiondur. O, 2012-ci ildən bəri “100 yaşdan 105 yaşadək” kateqoriyasında çempion titulunu əlində saxlayır.

“Mən bura çempion olmaq üçün deyil, 105 yaşlı insanın velosiped sürə biləcəyini sübut etmək üçün gəlmışəm”, - deyə Marşan yürüşdən sonra qeyd edib.

Velosipedçinin sözlərinə görə o, distansiyanı daha yaxşı nəticə ilə - bir saata 26,9 kilometr qət edərək başa vura bilərdi.

Bu yaşda əla fiziki göstəriciyə necə nail olduğu barədə suala cavabında Marşan düzgün pəhrizin vacibliyini vurğulayıb. O, çoxlu meyvə və tərəvəz yeməyi, ətdən az istifadə etməyi və çox qəhvə içməməyi məsləhət görüb. Bundan əlavə, fransız günün bir saatını velosiped trenajorunda keçirir.

Rober Marşan 1911-ci ildə anadan olub. İkinci Dünya müharibəsi zamanı nasistlərə əsir düşüb. Müharibədən sonra Venesuelada şəkər qamışı plantasiyasında və Kanadada odunçu işləyib. O, idmançı kimi beynəlxalq gimnastika yarışlarında ölkəsini təmsil edib, həmçinin boksla məşğul olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.