CƏMİYYƏT


Zaqatalada yeddi ağacı qanunsuz kəsən şəxs cəzalandırılıb

Bakı, 31 iyul, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Zaqatala rayonunun Muxax kənd sakini Şaban Mahmudov tərəfindən bələdiyyə mülkiyyətinə məxsus Selbasar adlanan ərazidə ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub. Şikayət nazirliyin 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, araşdırma zamanı həmin ərazidə yaşköküstə yeddi ağ akasiya ağacının rayon sakini İlqar Gəncəliyev tərəfindən kəsildiyi aşkar olunub. Faktla bağlı protokol tərtib edilib. İnzibati xəta törətdiyinə görə İ.Gəncəliyevə 2890 manat məbləğində cərimə tətbiq olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.