CƏMİYYƏT


“Zəlzələ zamanı davranış qaydaları” layihəsi çərçivəsində  maarifləndirmə tədbirləri davam etdirilir

Bakı, 11 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Zəlzələ zamanı davranış qaydaları” layihəsi çərçivəsində maarifləndirmə tədbirləri davam etdirilir.

Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, növbəti maarifləndirmə tədbiri “Final” MTK-nın əməkdaşları üçün keçirilib.

Tədbirdə mərkəzin makroseysmik tədqiqatlar şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent E.Qaravəliyev, tədris şöbəsinin əməkdaşları A.Ağazadə və M.Məmmədli çıxış edərək iştirakçılara zəlzələ zamanı davranış qaydaları və seysmik risk səviyyəsinin minimuma endirilməsinə dair məlumat veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.