REGİONLAR
Zərdabda Beynəlxalq Qadınlar Günü qeyd olunub
Zərdab, 6 mart, AZƏRTAC
Martın 6-da Zərdabdakı Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təntənəli yığıncaq keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə iştirakçılar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Yığıncaqda ölkədə qadınlara göstərilən yüksək diqqət və qayğıdan danışılıb, onların respublikanın siyasi-ictimai, sosial-iqtisadi və mədəni həyatındakı rolu yüksək qiymətləndirilib. Qeyd olunub ki, son illər idarə və müəssisələrdə, fermer təsərrüfatlarında və digər sahibkarlıq sahələrində işləyən qadınların sayı artmaqdadır.
Bayram tədbirində çıxış edən qadınlar ölkəmizdə, eləcə də, rayonda onlara göstərilən diqqət və qayğıdan minnətdarlıqla söz açıblar. Çıxışlarda Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın çoxşaxəli zəngin fəaliyyətindən, xalqımızı dünyada ləyaqətlə təmsil etməsindən iftixarla danışılıb.
Sonda fərqlənən qadınlara rayon icra hakimiyyətinin xatirə hədiyyələri təqdim olunub.