REGİONLAR


Zərdabda keçirilən əmək yarmarkasında 35 nəfərə iş yerinə göndəriş verilib

A+ A

Zərdab, 28 sentyabr, AZƏRTAC

Zərdabda sentyabrın 28-də əmək yarmarkası təşkil olunub.

AZƏRTAC xəbər verir ki, rayon mədəniyyət evində keçirilən əmək yarmarkasında 350 nəfər işaxtaran iştirak edib. Rayon icra hakimiyyəti başçısının müavini - sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Pərvin Mahmudova, rayon məşğulluq mərkəzinin direktoru Ədalət Rəhimov tədbirdə çıxış edərək dövlət məşğulluq siyasətinin uğurlu nəticələrindən, son illər rayonda həyata keçirilən sosial-iqtisadi layihələrdən, yeni dövlət və sahibkarlıq obyektlərinin fəaliyyətə başlamasından, bununla da yeni iş yerlərinin açılmasından danışıblar.

Qeyd edək ki, əmək yarmarkasına 23 təşkilat üzrə 188 vakant iş yeri çıxarılıb. İş yerlərinin 119-u qulluqçu, 64-ü xidmət, 5-i isə fəhlə olub.

İşaxtaranlara ən çox iş yeri rayon mərkəzi xəstəxanasından və təhsil şöbəsindən təklif olunub.

Əmək yarmarkasında 21 təşkilat üzrə 35 nəfərə vakant iş yeri üçün göndəriş verilib. Onlardan 24 nəfəri qulluqçu, 5 nəfəri fəhlə, 6 nəfər isə xidmət sahəsi üzrədir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.