İDMAN
“Zirə” komandası “Xəzər Lənkəran”a minimal hesabla qalib gəlib
Bakı, 28 noyabr, AZƏRTAC
Noyabrın 28-də Topaz Premyer Liqasında XIV tur çərçivəsində ikinci oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, son iki görüşdə uduzan “Xəzər Lənkəran” komandası paytaxtda “Zirə”nin qonağı olub. Bu görüş həm də Yunis Hüseynov və vaxtilə onun rəhbərliyi altında oynamış Adil Şükürovun ikinci dəfə üz-üzə gəlməsi ilə əlamətdar olub. Qarşılaşma paytaxt təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.
Matçın taleyini isə avtoqol müəyyən edib. “Xəzər Lənkəran”ın müdafiəçisi Zaman Mirzəzadənin matçın 49 dəqiqəsində öz qapısına vurduğu top oyunda həlledici olub.
Bu qalibiyyət sayəsində turnir cədvəlində üçüncü pilləyə yüksələn “Zirə” ikinci yerin sahibi “İnter” ilə xallarının sayını bərabərləşdirib. Tarixinin ən zəif dövrünü keçirən cənublular isə səkkizinci sırada qərarlaşıb.