İQTİSADİYYAT


"Azərbaycan Beynəlxalq Bankı"ndan "Yaşa görə güzəşt" kampaniyası

Bakı, 31 iyul, AZƏRTAC

"Azərbaycan Beynəlxalq Bankı" "Yaşa görə güzəşt" kampaniyasına start verib.

Bankdan AZƏRTAC-a bildiriblər ki, kampaniya çərçivəsində "Azərbaycan Beynəlxalq Bankı"ndan nağd pul krediti əldə edən müştərilər yaşlarından asılı olaraq həm kreditin ödəniş müddətində, həm də illik faiz dərəcəsində güzəştlər qazanacaqlar. Yəni, müştərilər krediti indi alıb, əsas borcu güzəşt müddətindən sonra ödəməyə başlayacaqlar.

Yaşa görə güzəştlər ümumən aşağıdakı formada olacaq:

-18-44 yaş aralığında olan müştərilər üçün ödəniş müddətində 1 ay güzəşt + 1 faiz endirim

- 45 və yuxarı yaş qrupuna aid olan müştərilər üçün ödəniş müddətində 2 ay güzəşt + 2 faiz endirim

Kampaniya avqustun 1-dən 15-dək keçərlidir. Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini "Azərbaycan Beynəlxalq Bankı"nın maaş və pensiya kartı sahibləri bankın bütün filiallarından əldə edə bilər. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Kreditin illik faiz dərəcəsi 25 faizdən başlanır. Kredit rəsmiləşdirilən zaman müştəri “Avtoödəmə” sisteminə qoşulmaqla aylıq ödənişləri banka gəlmədən rahat bir şəkildə həyata keçirə bilər.

Ölkəmizin müasir dövlət bankı olan "Azərbaycan Beynəlxalq Bankı"nın digər məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli məlumat mərkəzindən, həmçinin www.facebook.com/azerbaycanbeynelxalqbanki/ rəsmi Facebook səhifəsindən əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.