İQTİSADİYYAT
"Azercel" "iPhone 7"ni təqdim edib
Bakı, 4 noyabr, Elvira Məmmədova, AZƏRTAC
Noyabrın 7-də "Azercell-Telekom" "iPhone 7"nin təqdimatını keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə bildirilib ki, bir neçə gün öncə "Azercell Telekom" "iPhone 7" və "iPhone 7 Plus" smartfonlarının Azərbaycanda rəsmi təqdimatçısı kimi abunəçilərinə yeni cəlbedici təklifi barədə elan vermişdi.
Nəhayət, noyabrın 4-dən etibarən "Azercell"in bütün müştəriləri güzəştli şərtlərlə "iPhone 7" telefonuna sahib olmaq üçün ayda cəmi 89 manat ödəməklə ən müasir smartfon və 30 giqabayt həcmində "Hədsiz İnternet" paketini əldə edə bilər.
Beləliklə, ən müasir smartfonu əldə etmək istəyən abunəçilər "Azercell"in Z.Tağıyev küçəsi 18, B.Bağırova küçəsi 2, 28 May küçəsi 33A ünvanlarında yerləşən Müştəri Xidmətləri Mərkəzlərinə yaxınlaşıb bu sərfəli təklifdən yararlana bilər.
Qeyd edək ki, "iPhone 7" və "iPhone 7 Plus" mobil telefonları "iPhone"nun ən yeni nəsil modelləri olub, yeni kamera sistemi, ən uzunömürlü batareya və suya/toza davamlılığı ilə seçilir.