İQTİSADİYYAT
"Elektron hökumət” mövzusunda analitik məqalə və videosüjet müsabiqəsi elan olunub
Müsabiqə "Mənim E hökum@im” adı altında "Ən yaxşı məqalə” və "Ən yaxşı videomaterial” nominasiyaları üzrə keçiriləcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqə dövlət orqanları tərəfindən təqdim edilən elektron xidmətləri geniş auditoriyaya çatdırmaq, “Elektron hökumət” portalının (e-gov.az) populyarlığını artırmaq, portalın fəaliyyətinin daha da təkmilləşdirilməsinə nail olmaq məqsədi daşıyır. Təqdim olunan yazılar və videosüjetlər “Elektron hökumət” nədir?”, ““Elektron hökumət” portalına nə üçün ehtiyacımız var?”, “Ölkəmizdə “Elektron hökumət” necə fəaliyyət göstərir?”, “Elektron hökumət”in cəmiyyətimiz üçün faydaları” mövzularını əhatə etməlidir.
Müsabiqənin şərtləri və mükafat fondu yaxın günlərdə açıqlanacaq.
Daha ətraflı məlumatı “Elektron hökumət” portalından (www.e-gov.az) əldə etmək olar.