İDMAN
"Qəbələ"-"Apollon" oyununda qalib müəyyənləşməyib
Bakı, 21 aprel, AZƏRTAC
Yunanıstanın paytaxtı Afinada futbol üzrə "Elit Neon Cup" turnirinə start verilib.
AZƏRTAC xəbər verir ki, "Qəbələ" klubunun 15 yaşadək futbolçulardan ibarət komandası ilk oyun günündə iki matç keçirib. Baş məşqçi Famil Xəlilovun komandası əvvəlcə yerli "Apollon" klubu ilə üz-üzə gəlib. Görüş 1:1 hesabı ilə nəticələnib. "Qırmızı-qaralar"ın heyətində Samir Məhərrəmli fərqlənib.
"B" qrupunda mübarizə aparan "Qəbələ" II turda "Partizan"la görüşüb. Matç Serbiya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, komandamız bu gün keçiriləcək III turda "Panatinaikos"la (Yunanıstan) görüşəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [22:33]
Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur
- 04.05.2024 [21:46]
“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib
- 04.05.2024 [21:30]
Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib
- 04.05.2024 [21:06]
Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub
- 04.05.2024 [18:07]
Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib
- 04.05.2024 [17:49]
Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb
- 04.05.2024 [17:48]
Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir
- 04.05.2024 [16:57]