CƏMİYYƏT
"Veysəloğlu" əməkdaşlarının tələbə adını qazanan övladlarına təqaüd təyin edib
Bakı, 17 sentyabr, AZƏRTAC
"Veysəloğlu" Şirkətlər Qrupunun rəhbərliyi yüksək bal toplayaraq ölkənin nüfuzlu ali təhsil müəssisələrinə qəbul olan 9 əməkdaşının övladlarına aylıq təqaüd müəyyən edib.
Şirkətdən AZƏRTAC-a bildiriblər ki, tələbə adını qazananlar yüksək nəticəyə görə "Veysəloğlu Tələbə Təqaüd Proqramı"nın iştirakçısı olublar. Belə ki, şirkət əməkdaşlarının ali məktəblərə qəbul imtahanında 600 baldan yuxarı nəticə göstərən övladları ilə bərabər, 500-600 bal arası nəticə göstərən övladlarına da aylıq təqaüd ödəniləcək. 300-500 bal arası nəticə göstərənlərə isə birdəfəlik mükafatlar verilib.
Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupu 2013-cü ildən etibarən "Veysəloğlu Tələbə Təqaüd Proqramı"nı həyata keçirir. Təqaüd Proqramına əsasən, şirkət əməkdaşlarının ölkə daxilində və xaricdə ali təhsil müəssisələrinə qəbul olmuş övladlarına təhsilə dəstək məqsədilə aylıq və illik təqaüdlər ödənilir.