MƏDƏNİYYƏT
ABBAS PƏNAHİNİN (MAKULU) ŞƏXSİ FONDU ZƏNGİNLƏŞDİRİLMİŞDİR `
Arxivin direktoru Maarif Teymurov bildirmişdir ki, yazıçının şəxsi fondunun bir hissəsi hələ sağlığında buraya təhvil verilmişdi. Bu günlərdə isə ədibin oğlu Kavus Pənahi onun evindəki arxivində qalan sənədləri də həmin quruma təqdim etmişdir. Bununla, yazıçının arxivdə qorunub saxlanılan şəxsi fondu xeyli zənginləşmişdir. Indi həmin sənədlərin sayı 200-ə çatır. Onların arasında həmkarlarının yazıçıya məktubları, ailə üzvləri, ziyalılarla çəkdirdiyi fotoşəkillər, əsərlərinin əlyazmaları, tərcümeyi-halı ilə bağlı sənədlər əhəmiyyətli yer tutur.
1946-cı ildə Cənubi Azərbaycandan Bakıya köçən və 1971-ci ildə dünyasını dəyişən yazıçı oxucular arasında daha çox İran inqilabının liderlərindən bəhs edən “Səttarxan”, “Gizli zindan”, “Xiyabani” və “Heydər Əmoğlu” romanları ilə tanınır.