DÜNYA
ABŞ dövlət istiqrazlarının gəlirliliyi geosiyasi risklərə görə azalır
Bakı, 20 aprel, AZƏRTAC
ABŞ dövlət istiqrazlarının gəlirliliyi cümə günü Yaxın Şərqdəki vəziyyətin gərginləşməsi riskləri fonunda azalır.
AZƏRTAC ABŞ mətbuatına istinadla xəbər verir ki, 10 illik “US Treasuries”in gəlirliliyi hərracda 5,4 baza bəndi azalaraq 4,5 faiz təşkil edib. İkiillik sənədlər üçün bu göstərici 4,9 faizədək, 30 illik istiqrazlar üçün isə 4,6 faizə qədər azalıb.
“ING” Bankın analitiki Françesco Pezole qeyd edib ki, maliyyə bazarları İran və İsrail arasındakı gərginliyin bölgədə genişmiqyaslı qarşıdurmaya çevrilmə ehtimalını qiymətləndirməyə çalışaraq, baş verən hadisələri yaxından izləyəcək.
“Vanguard” Fondunun analitikləri ABŞ-ın 10 illik dövlət istiqrazlarının gəlirliliyinin 5 faizə yüksəlməsinə səbəb ola biləcək təhlükəli səviyyəyə yaxınlaşdığı barədə xəbərdarlıq ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [13:30]
Gürcüstan “yaşıl dəhliz” layihəsinə özəl sektoru cəlb etmək istəyir
- 03.05.2024 [12:47]
Ukrayna kəşfiyyatı: Döyüş meydanında qələbə mümkünsüzdür
- 03.05.2024 [12:38]
İtaliya rəsmisi: Heç bir italyan əsgəri Makronun uğrunda həlak olmayacaq
- 03.05.2024 [12:26]
Texasın şərqində daşqınlarla əlaqədar təxliyə göstərişi verilib
- 03.05.2024 [12:08]
Hindistan aprel ayında Rusiyadan neft idxalını 20 faiz artırıb
- 03.05.2024 [11:58]
Müharibə və müstəmləkəçilik yaşamış sülh şəhəri – Hanoy VİDEO
- 03.05.2024 [11:42]
Viktor Orban: Avropa liderləri odla oynayırlar
- 03.05.2024 [11:32]
HƏMAS İsrailin Qəzzada atəşkəs barədə təklifini nəzərdən keçirir
- 03.05.2024 [11:18]