İDMAN
AFİNA OLİMPİADASINDA İŞTİRAK ÜÇÜN REKORD SAYDA MİLLİ OLİMPİYA KOMİTƏLƏRİ DƏVƏT EDİLMİŞDİR
Mərasimin gedişində Roqge bir sıra ölkələrə, o cümlədən növbəti olimpiadaların keçiriləcəyi İtaliya, Kanada və Çınə, habelə 2012-ci il Oyunlarını keçirmək üçün ərizə vermiş Rusiya, Braziliya, Böyük Britaniya, Almaniya, İspaniya, Kuba, ABŞ, Türkiyə və Fransaya dəvət məktubları imzalamışdır.
2004-cü ilin Oyunlarında iştiraka dəvət olunmuş milli olimpiya komitələrinin sayı əvvəlki olimpiadalarla müqayisədə xeyli artmışdır. Məsələ burasındadır ki, bu yaxınlarda “olimpiyaçılar ailəsi”nın sıraları genişlənmişdir – Şərqi Timorun və Kiribatinin MOK-ları rəsmən tanınmışlar. Bundan əlavə, BOK-un Praqada keçirilən sessiyasında Əfqanıstan yenidən olimpiya hərəkatına qoşulmuşdur.
Xatırladaq ki, 2000-ci ildə Sidneydə keçirilmiş Oyunlar iştirakçı ölkələrin sayına görə rekordçu hesab edilirdi. Bu Oyunlarda 199 ölkə təmsil olunmuşdu. Göründüyü kimi, indi Afinanın bu rekordu təzələmək imkanı var.