Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Akademik: Ekoloji terrora məruz qalmış Azərbaycan torpaqlarının və meşə resurslarının bərpası dövrümüzün ən böyük çağırışıdır

Akademik: Ekoloji terrora məruz qalmış Azərbaycan torpaqlarının və meşə resurslarının bərpası dövrümüzün ən böyük çağırışıdır

Bakı, 19 mart, AZƏRTAC

Ətraf mühitə, təbiətin bəxş etdiyi gözəlliklərə həssas münasibət, yaşıl dünyanın sərvətlərindən ehtiyatla, ekologiyaya zərər verilmədən istifadə edilməsi tarixən Azərbaycan coğrafiyasında yaşamış xalqların ənənəvi fərqləndirici xüsusiyyətlərindən olub. XX əsrin ikinci yarısında və XXI əsrdə Azərbaycan xalqının siyasi və mənəvi liderliyi missiyasını böyük şərəf və uğurla həyata keçirmiş Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daha da inkişaf etdirdiyi ekoloji siyasi kurs bu mənada olduqca xarakterikdir və bütün dünyaya nümunə göstərilə bilər.

Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə karbohidrat ehtiyatları hasil edən, ərazisinə görə kifayət qədər karbon emissiyasına malik olan, neft-kimya sənayesinin gücü ilə fərqlənən ölkənin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına, ətraf mühitin mühafizəsinə, təbiətdən səmərəli istifadə məsələlərinə hər zaman böyük diqqət yetirib, Azərbaycanın bioloji müxtəlifliyin mühafizəsini özünün dövlətçilik fəaliyyəti üçün başlıca məqsədlərdən biri kimi müəyyənləşdirib. Azərbaycan müstəqillik qazanandan sonra Ümummilli Lider ətraf mühitin mühafizəsi sahəsində dövlət siyasətinin əsaslarını formalaşdırıb, ölkəmiz ətraf mühit və biomüxtəlifliklə bağlı çoxsaylı beynəlxalq konvensiyalara qoşulub. Ulu Öndərin yaşıl dünya ilə bağlı siyasəti Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilib. Ölkə başçısının rəhbərliyi ilə Azərbaycanda ətraf mühitin, biomüxtəlifliyin qorunub saxlanması istiqamətində inanılmaz dərəcədə böyük işlər görülüb.

Bunu AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnikalar İnstitutunun direktoru akademik İradı Hüseynova deyib. O bildirib ki, Heydər Əliyev Fondu və IDEA İctimai Birliyi tərəfindən respublikamızda nadir və həssas növlərin bərpası məqsədilə əhəmiyyətli tədbirlər, o cümlədən Fondun “Hərəmiz bir ağac əkək” kimi layihələri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü, mütəmadi həyata keçirilən “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair Milli Strategiya”lar, 2010-cu ilin “Ekologiya ili” elan olunması, Cənubi Qafqazda ilk dəfə Azərbaycanda Vəhşi Təbiətin Bərpası və Reabilitasiya Mərkəzinin yaradılması, Ulu Öndərin 100 illik yubileyi münasibətilə xüsusilə böyük vüsət almış ölkə üzrə ağacəkmə kampaniyaları ekologiyanın sağlamlaşması istiqamətində görülən işlərə nümunələrdir. Azərbaycan Respublikasının “Qırmızı kitab”ının 3-cü nəşri 1 il əvvəl nəfis tərtibatda çapdan çıxıb və bioloji müxtəlifliyinin mühafizəsində mühüm rol oynayacağına şübhə yoxdur.

“30 ilə yaxın müddətdə ekoloji terrora məruz qalmış və Müzəffər Ali Baş Komandanın möhtəşəm rəhbərliyi, silahlı qüvvələrimizin, şəhid və qazilərimizin səyi ilə azad edilmiş Azərbaycan torpaqlarının, qoruq və yasaqlıqların, təbii sərvətlərin, o cümlədən meşə resurslarının bərpası dövrümüzün ən böyük çağırışıdır. Azad edilmiş ərazilərin yenidən qurulmasında, Böyük Qayıdışda, həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ekoloji tələblərin nəzərə alınması, ətraf mühitin qorunması prioritetdir” - deyə alim əlavə edib.

Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetlərindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edildiyini diqqətə çatdıran akademik deyib: “Həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. İşğaldan azad edilmiş ərazilər, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər tədbirin 2024-cü ilin noyabr ayında ölkəmizdə keçirilməsi ilə bağlı yekdil qərar qəbul edilməsi yuxarıda qeyd edilən fəaliyyətlərin, eləcə də qlobal siyasi arenada Azərbaycanın özünü etibarlı tərəfdaş kimi sübut etməsinin, dövlət başçımızın nəinki regionda, hətta bütün dünyada sülhün və beynəlxalq hüquq çərçivəsində ədalətin bərqərar olunması üçün əmək sərf edən güclü lider kimi şəxsi nüfuzunun dünya birliyi tərəfindən təsdiqinin nəticəsidir”.

O bildirib ki, Azərbaycan tarixində misli görünməmiş bir layihə olacaq COP29-un ölkəmizdə keçirilməsinə ən dəqiq və lakonik münasibəti məhz Prezident özü ifadə edib: “Ölkə başçısının sözləri ilə desək, bu məsələ ilə bağlı beynəlxalq ictimaiyyətin yekdil qərarı müxtəlif ölkələri bir araya gətirmək gücünə və imkanına malik Azərbaycana olan böyük etimadın təzahürüdür, Azərbaycanın yaşıl keçidlə bağlı səylərinin qəbul edilməsidir. Ölkəmizin 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına böyük uğurla sədrlik etməsi, BMT-də və digər müxtəlif beynəlxalq təşkilatlarda fəal rolu və təmsilçiliyi COP29-a sədrliyin də uğurlu olması üçün əlverişli imkanlar yaradır”.

Azərbaycanın "yaşıl keçid" istiqamətində çox vacib layihələr icra etdiyini vurğulayan İ.Hüseynova bildirib ki, bunlardan biri kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il olkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasını qeyd etmək lazımdır. Bu Sərəncam ölkədə yaşıl iqtisadiyyatın, yaşıl enerjinin, yaşıl texnologiyaların tətbiqinə, geniş mənada yaşıl artıma hesablanmış strateji addımdır.

“Azərbaycanın elmi ictimaiyyəti yaşıl dünyamızın qorunması da daxil olmaqla bütün istiqamətlərdə Ümummilli Liderin əsasını qoyduğu və Prezidentin uğurla davam və inkişaf etdirdiyi siyasi kursu tam dəstəkləyir, dövlətimizin bütün layihələrində, o cümlədən yaşıl dünya ilə bağlı tədbirlər planlarının icrasında fəal iştirak etməyə çalışır. Martın 1-də AMEA Rəyasət Heyəti və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə təşkilatçılığı ilə “Yaşıl dünyamızı qoruyaq” mövzusunda keçirilmiş konfrans “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar tədbirlər planı çərçivəsində ilk addımlardan biri kimi əhəmiyyət daşıyır.

İnanıram ki, Azərbaycan tarixinin yeni mərhələsində Prezidentin rəhbərliyi ilə həyata keçirilən ardıcıl tədbirlər, görülən iri miqyaslı işlər sayəsində bütün digər sahələrdə olduğu kimi, ölkəmizdə təmiz ətraf mühit və yaşıl artımın da təmin edilməsi istiqamətində daha böyük uğurlar qazanılacaq”, - deyə İ.Hüseynova fikrini yekunlaşdırıb.

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edir

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BDU professorunun 85 illik yubileyi qeyd olunub

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naftalanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib

Monteneqro Prezidenti: Azərbaycan bizim üçün dost ölkədir

Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək

Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib

Böyük Britaniyada miqrantlar haqqında qanunun qəbulu qaçqınların İrlandiyaya axınına səbəb olub

Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib

Sabirabad rayonu ərazisində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Səbail rayonunda qızıl mağazasından oğurluq edən saxlanılıb VİDEO

AzPMA-nın rəhbəri: Gələcəkdə digər universitetlərdə də layihə menecmenti ixtisasının təsis olunması üçün danışıqlar aparırıq

Sosial şəbəkələrdə dələduzluq yolu ilə 19 nəfərin kartını talayıb öz hesabına köçürən şəxs saxlanılıb

Azərbaycan şahmat millisinin məşqçisi: Avropa çempionatında əldə edilən nəticələr ümidvericidir

Prokurorluq əməkdaşları 2 hektar ərazidə 1500-dən çox ağac əkiblər

Bakıdakı Rus evinin Ədəbiyyat klubu çərçivəsində “açıq marafon” keçirilib

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib

Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır

Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb

Yasamalda oğurluq edən şəxslər təhlükəsizlik kameralarına düşüb VİDEO

Azərbaycanın idman gimnastı Avropa çempionatında tarixi medal qazanıb

“Azərkosmos”: Ölkəmizin əldə etdiyi təcrübə regional və qlobal kosmik tədbirlərə ev sahibliyi etməyə imkan verir

ABŞ-ın üç ştatı güclü tornadonun təsirinə məruz qalıb - FOTO

Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub

Azərbaycanın gənc taekvondoçuları da Prezident Kubokuna qatılacaqlar

Xətai rayonunda “Kəlağayı festivalı” keçirilib

“İsmayıllı etnomühitindəki azsaylı xalqların folkloru” kitabının təqdimatı olub

Bakıda “Big Band Workshop” adlı ustad dərsləri keçiriləcək

ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb VİDEO

Azərbaycan klubu iki basketbolçu ilə vidalaşır

Aprelin 27-si Beynəlxalq Baytar Həkimi Günüdür

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” olimpiadası keçirilib 

Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fləş-mob təşkil edib

“Mənim yaşıl dünyam” adlı rəsm müsabiqəsi keçirilib

İçərişəhərdə “DivanSaatı” layihəsi çərçivəsində Elçin Hami Axundov ilə görüş

Yaxın günlərdə Laçının Sus kəndinə köçürüləcək ailələr bəlli olub

Daşqınlardan sonra 37 minədək qazaxıstanlı evinə qayıdıb

ÜST-nin rəhbəri: Pandemiya dövründə vaksinlərə qeyri-bərabər əlçatanlıq ölüm hallarını artırdı

“Paris-2024”: Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb

Sabah Bakıda 31, bəzi rayonlarda isə 32 dərəcə isti olacaq

Hökumətin hesabatının Ali Məclisin komitə iclaslarında müzakirəsi başa çatıb

ABŞ-da yeni “qiyamət günü təyyarəsi” hazırlanacaq

Azərbaycanlı rejissorun filmi Kann festivalında

Qırğız nazir: Azərbaycan Qırğızıstana neft məhsulları ixrac etməyə hazır olduğunu bildirib

Azərbaycan Premyer Liqasında XXXII turun hakimləri açıqlanıb

Azərbaycan taekvondoçuları Prezident Kubokunda 6 medal qazanıblar

Hərbçilərimiz İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edirlər

Avropa çempionatı: Azərbaycan şahmatçılarının duelində Ülviyyə Fətəliyeva sevinib

Argentinada 60 yaşlı qadın gözəllik müsabiqəsində iştirak edir

Milli Məclisin nümayəndə heyəti Monteneqroda “Partizan döyüşçüsü” abidəsini ziyarət edib

Nazir müavini: COP29-un Azərbaycanda texnoloji mübadilə və innovasiyalara uyğunlaşdırılmasında mühüm rolu olacaq

İspaniya Ukraynaya “Patriot” sistemi üçün raketlər verəcək

ÜST: Pandemiya dövründə antibiotiklərdən ifrat istifadə mənfi nəticələr verib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” - Azərbaycan modelinin təqdimatı üçün mühüm platforma ŞƏRH

Bu il pambıq və digər kənd təsərrüfatı bitkilərinin əkinində yeni texnologiya tətbiq olunacaq

İngiltərə çempionu birillik fasilədən sonra Premyer Liqaya qayıdıb

Yəmən sahillərində ABŞ-ın 30 milyon dollarlıq PUA-sı vurulub

Kitabxanada sərgi: Ümidsiz gözlərin nur mənbəyi - Zərifə Əliyeva

Ciddədə Gənclərin İnkişafı Forumu keçirilib

Azərbaycan idmançısı İstanbulda iki gümüş medal qazanıb

Milli Kitabxanada Əməkdar elm xadimi Zərifə Əliyevaya həsr olunan silsilə materiallar hazırlanıb

BSU-da akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Fövqəladə Hallar Nazirliyi tərəfindən qanunsuz tikili sökülüb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Naxçıvanda boks məşqçiləri ilə görüş olub

Almaniya və Azərbaycan - mühüm siyasi-iqtisadi tərəfdaşlıq ŞƏRH

FHN: Ötən sutka ərzində 36 halda yanğına çıxış olub

Arda Gülər "Real Madrid"in tarixinə düşüb